Döşəmə Örtükləri üzrə Tam Kompleks Həllər
“Parrus” – 1998-ci ildən etibarən fəaliyyət göstərən və zəngin tarixi olan bir şirkətdir. Biz parket istehsalı ilə başlamışıq və zamanla fəaliyyətimizi genişləndirərək, Avropa və İndoneziyadan müxtəlif növ ağacdan hazırlanmış yüksək keyfiyyətli parket, kompozit və taxta dəking, döşəmə örtükləri üçün kimyəvi məhsullar və aksessuarların aparıcı idxalçısı və distribütoru olmuşuq.
Biz həmçinin aşağıdakı xidmətləri təklif edirik: keyfiyyətli və zəmanətli döşəmə quraşdırılması, parketin yonulması, laklanması, parketə qulluq, açıq hava – hovuz döşəmələri və fasad konstruksiyalarının quraşdırılması.
Əgər etibar edə biləcəyiniz və sizin maraqlarınıza dəyər verən bir şirkətlə iş görmək ideyası xoşunuza gəlirsə, doğru ünvana müraciət etmisiniz.
Parrus İlə keyfİyyət və üslub seçİn. Parket quraşdırma xidmətlərİmİz döşəmənİzİn davamlılığının və estetİkasının təminatıdır. Hər otağı sənət əsərİnə çevİrİrİk.
Biz sizə sadəcə parket deyil, eviniz üçün etibarlı həll təklif edirik. Biz yüksək keyfiyyətli parketin satışı və quraşdırılması üzrə ixtisaslaşmışıq. Biz ən yaxşı brendlərlə işləyirik və məkanınızda quraşdırılmış hər taxtada ən yüksək keyfiyyəti təmin edirik. Peşəkarlığımız və detallara olan diqqətimizlə döşəmələriniz əla görünəcək və uzun illər sizə xidmət edəcək. Biz öz ideyalarını həyata keçirmək üçün bizi seçən müştərilərimizin və onların dizaynerlərinin etibarını yüksək qiymətləndiririk. Buna görə də təklif edirik:
Bizim döşəmə örtüklərimiz yüksək keyfiyyət və dəbli dizaynla seçilərək, məkanınızın mükəmməl görünməsini və hiss olunmasını təmin edir